17:04 3.06.2025 82

“Qarabağ” regionda ilkə imza atdı

“Qarabağ” Futbol Klubu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) həyata keçirdiyi “İqlim Fəaliyyəti üçün İdman” (Sports for Climate Action) təşəbbüsünün rəsmi tərəfdaşı olub.

Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi bu təşəbbüsə qoşulmaqla həm də BMT-nin “Race to Zero” kampaniyasının bir hissəsinə çevrilib.

“Qarabağ” Paris Sazişinin məqsədlərinə uyğun olaraq idman sektorunda sıfır karbon emissiyasına keçidə dəstək verib.

Önəmli yeniliyə münasibət bildirən klubun prezidenti Tahir Gözel bu təşəbbüsə qoşulmaqla “Qarabağ”ın məsuliyyətinin daha da artdığını vurğulayıb: “Bu nüfuzlu təşəbbüsə qoşulmaq bizim üçün təkcə beynəlxalq tanınma deyil, həm də böyük məsuliyyətdir. İdman cəmiyyətləri güclü nüfuz vasitəsidir və biz bu gücü ətraf mühitin qorunması istiqamətində istifadə etməyə hazırıq. Bu təşəbbüsün bir parçası olmaqdan həm sevinc, həm də qürur duyuruq. Klubumuz Qarabağ adını uzun illərdir Avropada layiqincə, böyük məsuliyyətlə daşıyır. Əsas komandamızın qazandığı davamlı nəticələr, klubumuzun gördüyü işlər beynəlxalq qurumların diqqətindədir. Bütün bunlar “Qarabağ”ın dünyada güvən qazanmasına, tanınmasına səbəb olub. BMT-nin təşəbbüsündə də həm ölkəmizi, həm Qarabağ adını layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb. Dünyanın, xüsusilə Avropanın iqlim dəyişikliyi və dayanıqlılıq sahəsində tanınmış və təcrübəli futbol klubları - “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbağça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö” (İsveç) “Qarabağ”ın dəvətini qəbul edərək alyansa qatılmaqla bağlı deklarasiya imzalayıblar.

“Qarabağ” Futbol Klubu bu addımı yüksək qiymətləndirən, klubun öhdəliklərinə, göstərdiyi cəhdlərinə müsbət cavab verən və üzvlüyə qəbul edən UNFCCC komandasına dərin təşəkkür edir.

COP29 çərçivəsində "Qarabağ"ın əməkdaşlıq etdiyi və klubun iqlim strategiyasını hazırlayan “Deloitte” şirkəti bu üzvlük prosesində, eləcə də lazımi kommunikasiya və sənədləşmə işlərinin həyata keçirilməsində mühüm rol oynayıb.

Qeyd edək ki, "Qarabağ" klubu bu platformaya qoşulmaqla qlobal iqlim fəaliyyətinə idman vasitəsilə töhfə verməyi öhdəsinə götürüb. Öhdəliklər karbon emissiyalarının 2030-cu ilə qədər ən azı 50 faizə qədər azaldılmasını, 2040-cı ilə qədər 0-a endirilməsini, illik iqlim hesabatlarının ictimaiyyətə açıqlanmasını, 12 ay ərzində konkret fəaliyyət planının təqdim edilməsini, iqlim məsələlərinin tərəfdaşlarla açıq şəkildə bölüşülməsini əhatə edir.
Sport1.az
Hadisələri telegramda anında izləyin!
Keçid et
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:17

"Barselona"nın transfer hədəfinin dəyəri məlum oldu

18:54

İspaniya millisində növbəti itki

18:38

Kori Qauff tarixə düşdü – 22 yaşadək tennisçilər arasında ilk üçlükdə

18:23

Zayon Uilyamson: “Meydança mənim evimdir”

17:53

Onananın "Trabzonspor" qərarı

17:38

Avroliqada Serbiya və Türkiyə klublarına cərimələr

17:16

Roy Kin: “Simeone "Mançester Yunayted"i sarsıdardı – amma yaxşı mənada”

16:51

Qleyzerlər "Mançester Yunayted"i satır – Turki Əl-Şeyx ümidlidir

16:36

“Çelsi” Kənan Yıldız üçün yeni təklif hazırlayır

16:18

İbrahimoviç: “Milanı heç kim dəyişə bilməz, amma "Milan" sizi dəyişə bilər”

15:56

"Bavariya"dan Şlotterbek planı

15:41

"Desək ki, mübarizə apararaq xal götürəcəyik, yalan və absurd olar" - AÇIQLAMA

15:14

Bəhmən Həsənov : "Biz Ayxan Abbasova inanırıq" - AÇIQLAMA

14:54

"Arsenal"ın Kenan Yıldız planları

14:33

Platini: "FİFA prezidenti olsaydım, VAR heç vaxt yaranmazdı"

14:10

İdmançılarımız dünya çempionatında çıxış edəcəklər

13:52

Fransa mətbuatı Ayxan Abbasovdan yazdı

13:40

Yığmamız Ermənistanla qarşılaşacaq

13:24

Millimizin Fransa ilə oyununu yayımlayacaq kanal

12:54

La Liqa klubunun yeni baş məşqçisi məlum oldu

12:32

Azərbaycan Kuboku: I təsnifat mərhələsinə yekun vurulur

12:18

Qnabri: “Bütün diqqətimi oyunuma yönəltmişəm”

11:52

“Monako”nun sabiq baş məşqçisi Rusiyada işləyə bilər

11:28

"Fənərbağça" sabiq futbolçusunu qaytarmaq istəyir

11:12

U-21 millimiz Çexiya ilə üz-üzə

10:54

“Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

10:28

Əlcəzair DÇ-2026-ya vəsiqə qazandı

10:11

Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsinə yekun vurulur

09:54

Fransa Azərbaycana qarşı - YENİLƏNİR

09:53

Niderlandlı hücumçu “Mançester Yunayted”də qalmaq istəmir

09:32

Kyeza milliyə dəvəti niyə qəbul etməyib?

09:14

İbrahimoviç çalışmaq istədiyi məşqçilərin adını açıqladı

23:54

Keyn millinin iki oyununu buraxacaq

23:32

Ceyms Tarkovski “Everton”da qalacaq

23:11

"Strasburq" Fabio Karvalyonu izləyir

22:54

“Yuventus”un Tonali üçün yeni transfer planı

22:37

“Sabah meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq" - Bəhlul Mustafazadə

22:16

Ayxan Abbasov: “Fransaya qarşı oynamaq özü motivasiyadır”

21:56

Anna Blinkova Uhan turnirinin əsas mərhələsinə yüksələ bilmədi

21:16

Salahdan yeni rekord

21:12

Tomas Volkup ən azı üç həftə yaşıl meydanlardan kənarda qalacaq

20:54

Lebron Ceyms Luka Donçiçin irəliləyişini qiymətləndirib

20:34

Valentin Vaçerot Şanxay Masters yarımfinalına yüksəldi

20:15

Harri Keyn Uelslə oyunu buraxacaq

19:58

Tuxel İngiltərə yığmasında Bellinqhem, Foden və Qrilişin yoxluğunu izah edib

19:35

Kapello: “İtaliyada futbolun keyfiyyəti aşağı düşüb”

19:13

Alleqri Rafael Leaunu tənqid etdi

18:52

"Milan"ın futbolçusu İtaliyada ən yaxşı seçildi

18:27

Millimiz Özbəkistanla heç-heçə etdi

18:12

"Napoli"də itkilər

17:54

Müslüm Kagermanov: “Almaniyada rusofobiya hiss etmirəm”

17:34

Cerrard sabiq klubuna qayıda bilər

17:13

La Liqa klubu baş məşqçi ilə yollarını ayırdı

16:54

"İnter Mayami" Albanı onunla əvəzləyəcək

16:27

Azərbaycan Kubokunda 4 komanda mərhələ adladı

16:13

Maquayr qərarını verdi

15:56

Rişarlison MLS klubunun hədəfində

15:24

AFFA "Zirə"nin futbolçusunu, "Neftçi"nin məşqçisini cəzalandırdı

15:11

"Azərbaycanın heyətində “Qarabağ”ın 7 futbolçusu var" - Didye Deşam

14:54

"Azərbaycan millisi ilə oyuna ciddi yanaşmalıyıq" - Mbappe

14:32

Tuxel: “Keyn Qızıl topda daha yüksək yeri tutmalı idi”

14:03

AFFA-nın qurduğu sistemin fiaskosu - YAZI

13:56

"Monako"da yeni baş məşqçi

13:32

Şesni: "Narahat olmalı bir şey yoxdur"

13:12

"Qalatasaray"dan İkardi üçün son cəhd

12:28

Miles MakBrayd: “Karyeramın sonuna qədər "Niks"də qalmaq istəyirəm”

12:13

Covanni Mpetçi Perrikard top-10 oyunçuya qarşı ilk qələbəsini qazandı

11:54

"Mayamidəki oyun möhtəşəm bir tamaşa olacaq"

11:32

Noyer Almaniya millisinə qayıda bilər

11:17

"Qarabağ" "Çelsi"ni hansı stadionda qəbul edəcək? - RƏSMİ AÇIQLAMA