İngiltərənin “Liverpul” klubunun ən aşağı qiymətləndirilən futbolçularının siyahısı açıqlanıb.
Sport1.az “GiveMeSport” nəşrinə istinadən xəbər verir ki, siyahıya 2023-cü ildə klubu tərk edən və hazırda “Əl-Əhli”də çıxış edən Roberto Firmino başçılıq edir.
Top-10-da həmçinin bu futbolçular yer alıb: Dirk Kuyt, Ceymi Karrager, Jordan Henderson, Joel Matip, Jorjinyo Veynaldum, Lukas Leyva, Ditmar Hamann, Ceymi Rednapp və Danni Mörfi.
Qeyd edək ki, "Liverpul" ötən gün tarixində 20-ci dəfə İngiltərə çempionluğunu rəsmiləşdirib.
Sport1.az