"Tottenhem" klubu cari mövsümün sonunda baş məşqçini dəyişmək istəyir.
Sport1.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
London təmsilçisi hətta UEFA Avropa Liqasının qalibi olsa belə, Angelos Postekoğlu istefaya göndəriləcək.
Avstraliyalı mütəxəssisin yerinə əsas namizədlər də bəllidir. Söhbət Andoni İraola ("Bornmut"), Marko Silva ("Fulhem") və Tomas Frankdır ("Brentford").
"Tottenhem" Premyer Liqada 33 turdan sonra 16-cı pillədə qərarlaşıb. Londonlular AL-in yarımfinalında "Budyo Qlimt"lə üz-üzə gələcəklər.
Sport1.az