Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.
Sport1.az-ın məlumatına görə, “UFC Fight Night”ın ikinci qarşılaşmasında Taqir Ulanbekov (Rusiya) Maksum Azatla (Qazaxıstan) üz-üzə gəlib.
Super yüngül çəkidəki dueldə Rusiya təmsilçisi rəqibini məğlub edib.
Qeyd edək ki, əsas döyüşlər saat 23:00-da start götürəcək. “UFC Fight Night”ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.
Sport1.az