Ölkəmizdə keçirilən III MDB Oyunları davam edir.Sport1.az xəbər verir ki, Şəkidə çövkən yarışları start götürüb.
İlk qarşılaşmada Azərbaycan Qırğızıstanla qarşılaşıb. Oyun 4:0 hesabı ilə komandamızın xeyrinə başa çatıb.
Qarşılaşmada Tərlan Qurbanəliyev, Şahmar Nağızadə, Rəşad Həsənov, Zaur Cəlilov fərqləniblər.
Qeyd edək ki, turnirdə 6 komanda iştirak edirlər. A qrupuda Azərbaycan, Qırğızıstan, Küveyt, B qrupunda isə Qazaxıstan, Özbəkistan və Türkiyə yığmaları yer alıblar.
Sport1.az