Ölkəmizdə keçirilən III MDB Oyunları davam edir.Sport1.az xəbər verir ki, bu gün Şəkidə çövkən yarışlarının 2-ci turu başa çatdı.
A qrupunda Azərbaycan millisi Küveytlə qarşılaşdı. Görüş 5:0 hesabı ilə yığmamızın xeyrinə başa çatdı.
Qarşılaşmadan sonra komandamızın baş məşqçisi Anar Orucov qələbə haqda bunları söylədi:
"İlk dəfə Azərbaycanın çövkən komandası MDB Oyunlarında təmsil olunur. Bu Avropada və dünyada çövkənin təbliğatı baxımından çox vacibdir. Bu oyun sübut edir ki, çövkən Azərbaycanda inkişaf yolundadır. Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm ki bizə sona qədər dəstək oldular. Hədəfimiz finala çıxmaq və qalib olmaqdır. Bunun üçün hazırlaşmışıq. Üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırmağa çalışacağıq"Qeyd edək ki, çövkən oyunlarına oktyabrın 7-də yekun vurulacaq.
Sport1.az