“Bavariya” “Yuventus”un 25 yaşlı hücumçusu Duşan Vlahoviçi transfer etmək niyyətindədir.Sport1.az xəbər verir ki, Münhen klubu ingilis forvard Harri Keynin komandadan ayrılma ehtimalını nəzərə alaraq, serbiyalı futbolçunun keçidi ilə maraqlanır.
Vlahoviçlə “Barselona” da yaxından maraqlanır. Kataloniya təmsilçisi onu Robert Levandovskinin mümkün varisi kimi görür. Oyunçunun nümayəndələri ilə danışıqlara start verib.
Sport1.az