Futzal üzrə “Araz-Naxçıvan” komandası növbəti dəfə Azərbaycan çempionu olub.Sport1.az xəbər verir ki, Naxçıvan təmsilçisi sona bir tur qalmış titulu rəsmiləşdirib.
Ən yaxın izləyicisi “Neftçi” ilə qarşılaşan komanda 6:2 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan”la turu qələbə ilə başa vuran “Baku Fire” arasındakı xal fərqi 5-ə bərabər olub. Bu qələbədən sonra naxçıvanlılar 19-cu dəfə çempion tituluna yiyələniblər.
Qeyd edək ki, gümüş və bürünc medalların sahibləri mayın 29-da keçiriləcək son turdada müəyyənləşəcək. Qonşu pillələrdə qərarlaşan “Neftçi” ilə “Baku Fire” son mükafatlar uğrunda yarışacaqlar.
Sport1.az