Futzal üzrə Azərbaycan millisinin yekun heyəti bəlli olub.Sport1.az xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.
Martın 11-də Afinada Yunanıstan yığması ilə qarşılaşacaq millimiz səfərə 14 oyunçu ilə yollanacaq. Komandamız hazırlığın Bakı mərhələsini bu gün keçirilən məşqlə yekunlaşdırıb.
Qeyd edək ki, Yunanıstan – Azərbaycan oyunu AVRO-2026-nın əsas seçmə mərhələsi çərçivəsində keçiriləcək.
1 Emin Kürdov Araz-Naxçıvan
2 Novruz Kazıxanov Araz-Naxçıvan
3 Emil Həsənzadə Neftçi İK
4 Xəzər Ağalızadə Araz-Naxçıvan
5 Tofiq Mikayılov Baku Fire
6 Kənan Manafov Baku Fire
7 Oktay Rüstəmli Baku Fire
8 Nihad İsmayılov Baku Fire
9 Fərid Atakişiyev Neftçi İK
10 Ülvi Əliyev Araz-Naxçıvan
11 Eldar Zeynalov Neftçi İK
12 Nurlan Mehdizadə Baku Fire
13 Kamran Hacıyev Baku Fire
14 Murad Quluzadə Baku Fire
Sport1.az