Bu gün kişi basketbolçular arasında Azərbaycan kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.
Sport1.az xəbər verir ki, finalçılar Bakı İdman Sarayında müəyyənləşib.
Günün ilk matçında "Neftçi" NTD ilə qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün taleyi sonuncu dövrədə həll olunub. Daha dəqiq oynayan Tahir Baxşıyevin komandası ilk finalçı olub.
Digər görüşdə "Naxçıvan" və "Gəncə" üz-üzə gəlib. Bu görüşdə "Naxçıvan" favorit hesab olunsa da, rəqib komanda daha yaxşı təsir bağışlayıb. Gəncəlilər 86:80 hesabı ilə qələbə qazanıblar.
Sport1.az