2024/25 mövsümü Azərbaycan Basketbol Liqası olduqca maraqlı keçdi.
12 komandanın 2 qrupda mübarizə apardığı turnirdə “Sabah” çempion oldu.
Görəsən, ABL-də yeni mövsümdə komanda sayı artırılacaq? Ümumiyyətlə çempionat nə zaman start götürəcək? Suallarımızı Sənan Əliyevə ünvanladıq. Qurum rəsmisi məsələ ilə bağlı Sport1.az-a açıqlamasında bunları dedi:
“Bildiyiniz kimi, mövsüm yeni bitib. Yeni mövsümün oktyabrda başlayacağı gözlənilir. Klubların sayında da hər hansı dəyişiklik gözlənilmir. Yenə 12 komanda 2 qrupda mübarizə aparacaq”.
ZAUR SALMAN
Sport1.az