“Sabah”ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi “Levski”nin futbolçusu Marin Petkova təkliflər var.
Sport1.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. Yarımmüdafiəçiyə ABŞ, Türkiyə və Polşa klublarından ciddi maraq var. “Levski” oyunçunu 1,5 milyon dollar qarşılığında buraxmağa hazırdır.
Petkov “Levski” formasıyla 176 oyunda 33 qol vurub. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.
“Sabah” – “Levski” oyunu saat 20:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda “Levski” qələbə qazanıb – 1:0.
Sport1.az