Dünya Çempionatı / Manşet
14:53
3.10.2025
574
Dünən FİFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.Qurumun qərarına əsasən, Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Dünya Çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəklər.
Tarixi hadisədir. Ümid edək ki, mundial ölkə futbolunun inkişafına təkan verəcək.
Sport1.az-a Dünya Çempionatı ilə bağlı maraqlı məlumat daxil olub. Mundialın oyunları ölkəmizdə 5 stadionda keçiriləcək. Söhbət Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Gəncə Stadionu, Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionu və "Bank Respublika Arena"dan gedir.
Artıq məkanlarla bağlı ilkin məlumatlar FİFA-ya göndərilib. Ola bilər ki, Tofiq Bəhramov adına Respublika Stadionunda və "Bank Respublika Arena"da mundialla bağlı xırda təmir işləri aparılsın.
Sport1.az