Dünya Çempionatı / Manşet
12:49
30.07.2025
93
Azərbaycan ilə Özbəkistan 2027-ci ildə təşkil olunacaq 20 yaşadək futbolçular arasında Dünya Çempionatının keçirilməsi üçün birgə namizədliklərini irəli sürüblər. Amma hələlik dövlətlərə müsbət cavab verilməyib. Bu yarışının ölkəmizə hansı faydaları olacaq? Turnir Azərbaycanda futbolun inkişafına necə təsir göstərə bilər?
Suallarımızı Aslan Kərimova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:
“Futbolumuzun vəziyyətindən asılı olmayaraq, “idmanın şah”ı ilə bağlı beynəlxaq turnirlərin ölkəmizdə təşkil olunmasının ancaq müsbət məqamları var. Bu vaxta kimi Azərbaycanda bir çox futbol və digər idman növləriylə bağlı tədbirlər baş tutub. Hər biri də yüksək səviyyə də təşkil olunub. Son olaraq minifutbol üzrə Dünya Çempionatının ölkəmizdə keçirilməsi və millimizin qızıl medalları qazanması sayəsində Azərbaycan bir qədər də məşhurlaşdı. 20 yaşlı futbolçuların Dünya Çempionatının da Vətənimizdə keçirilməsi həm ölkəmizə, həm də futbolumuzun inkişafına təkan verə bilər. Təbii ki, gənclər yığmamızın necə mübarizə aparacağını sual doğurur və bu ayrıca geniş mövzudur. Amma belə turnirlərin ölkəmizdə tez-tez keçirilməsi təqdirə layiq haldır. Bu hadisə ölkə futbolunda təkana səbəb olacaq və uşaqların “idmanın şahı”na marağını daha da artacaq”.
MİRZƏ S.
Sport1.az