"Benfika"nın baş məşqçisi Bruno Laji Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Qarabağ"a qarşı keçirəcəkləri matç haqqında danışıb.Sport1.az "A Bola"ya istinadən xəbər verir ki, mütəxəssis Ağdam təmsilçisinə qalib gəlməli olduqlarını deyib:
"İndi geri qayıtmaq vaxtıdır. Çərşənbə axşamı evdə qalib gəlməli olduğumuz oyunumuz var. Azarkeşlərimizə səslənirəm: bizi dəstəkləməyə davam edin. Xahiş edirəm, çərşənbə axşamı burada olun. Çünki Çempionlar Liqasında yaxşı mövsüm keçirməl və mərhləyə qələbə ilə başlamalıyıq".
Qeyd edək ki, "Benfika" - "Qarabağ" matçı sentyabrın 16-da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Benfika" ötən gecə Portuqaliya çempionatının 4-cü turunda "Santa Klara" ilə 1:1 hesablı heç-heçə edib.
Sport1.az