“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümündə ilk oyununun hakimləri müəyyənləşib.
Sport1.az xəbər verir ki, II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubu ilə keçiriləcək səfər görüşünə Xorvatiyadan olan ədalət təmsilçiləri təyinat alıb. İyulun 23-də Dublindəki “Tolka Park”da baş tutacaq qarşılaşmanı Ante Çulina idarə edəcək. Luka Puşiç və İvan Mihali oyunun baş hakiminin köməkçiləri olacaqlar. Mateo Erceq dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Sport1.az