Türkiyə Super Liqasının 28-ci turunda "Beşiktaş" "Qalatasaray"ı 2:1 hesabə ilə məğlub etdi. Sport1.az xəbər verir ki, "qara qartal"ın üzvü Gedson Fernandeş qələbəni belə şərh edib:
"Aslanlar"ın oyun sistemini və müdafiə sxemini əzbərlədik. Əlimə düşən fürsəti yaxşı dəyərləndirib, qol vurmağı da bacardım. Rafa Silva matçda hesabı açdığı zaman daha da ruhlandıq. Əks-hücumlarımızla rəqibi tamamilə boğduq. "Qalatasaray"ın əlini-qolunu bağladıq. Oyuna diqqətlə baxsanız, rəqibin bir dənə belə qol epizodu olmadığını görəcəksiniz. Bu statistika komandamızın uğurlu çıxışını sübut edir".
Sport1.az