Qadınlardan ibarət Azərbaycan millisinin müdafiəçisi Fidan Cəfərova karyerasını Türkiyədə davam etdirəcək.Sport1.az xəbər verir ki, o, "Hakkarigücü" klubuna keçib.
Tərəflər ilə 1 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Fidan Cəfərovanın son klubu "Neftçi" olub.
Sport1.az