İsveçrənin “Qrasshopper” klubundan ayrılan Tuğra Turhan karyerasını Türkiyədə davam etdirəcək.
Sport1.az xəbər verir ki, 18 yaşlı hücumçu “Başakşəhər”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Turhan ötən mövsüm “Qrasshopper”də 30 oyunda 21 qol vurub.
Sport1.az