Azərbaycan əsilli hücumçu İlya Sadıqov karyerasını Türkiyədə davam etdirəcək.
Sport1.az xəbər verir ki, I Liqa təmsilçisi "Serikspor" 24 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb.
Klubdan verilən məlumata görə, Sadıqovla 2 illik müqavilə imzalanıb. O, son olaraq Rusiyanın “Ximki” klubunun formasını geyinib. Hücumçu 2023/24 mövsümündə Premyer Liqada 20 oyunda iştirak etsə də, fərqlənə bilməyib.
Transferin maraqlı məqamlarından biri isə ondan ibarətdir ki, futbolçunun atası Tufan Sadıqov “Serikspor”un səhmlərinin 50 faizini satın alıb. Məhz bu amilin İlya Sadıqovun Türkiyə klubuna keçidində rol oynadığı bildirilir.
Qeyd edək ki, “Serikspor”un baş məşqçisi postuna rusiyalı mütəxəssis Sergey Yuran gətirilib.
Sport1.az