"Real"ın hücumameyilli yarımmüdafiəçisi Jud Bellingem 3 ay yaşıl meydanlardan kənarda qalacaq.Sport1.az İspaniyanın AS nəşrinə istinadən xəbər verir ki, gənc futbolçu klublararası dünya çempionatında iştirakı başa çatdıqdan sonra çiynindən əməliyyat olunacaq.
O, bərpa prosesi zamanı 9-10 matçı buraxacaq.
Məlumata görə, 21 yaşlı yarımmüdafiəçi 3 aylıq reabilitasiya prosesi keçəcək və oktyabra kimi futbol oynaya bilməyəcək.
İngilis ulduzun məzuniyyətini çiyin əməliyyatına qurban verəcəyi də qeyd edilir.
Sport1.az