2 gün əvvəl Ole Qunnar Sulşerlə yollarını ayıran "Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşib.Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi bu vəzifəyə Sergen Yalçını gətirib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə 2 illik müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, S.Yalçın 2020-21-ci illərdə də "Beşiktaş"ı çalışdırıb.
Sport1.az