"Yuventus"un müdafiəçisi Tyaqu Calu karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Sport1.az xəbər verir ki, "Beşiktaş" portuqaliyalı futbolçunun keçidini həll edib. Bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.
25 yaşlı mərkəz müdafiəçisi tibbi müayinədən keçmək və "qara qartallar"la müqavilə imzalamaq üçün bu gecə İstanbulda olacaq.
Qeyd edək ki, "Yuventus" Tyaqu Calunu 2024-cü ilin yanvar ayında "Lill"dən transfer edib. Portuqaliya millisinin üzvü ötən mövsüm icarə əsasında "Portu"da çıxış edib. O, "əjdahalar"ın heyətində meydana çıxdığı17 rəsmi matçda 2 qol vurub.
Sport1.az