“Beşiktaş” yetirməsi olan Rıdvan Yılmaz İstanbul klubuna geri dönür.
Sport1.az xəbər verir ki, tərəflər arasında 3+1 illik müqavilə barədə razılıq əldə olunub. Bu barədə xəbəri məşhur jurnalist Yağız Sabuncuoğlu yayıb.
Gənc müdafiəçi bu axşam saat 22:45-də İstanbulda olacaq və tibbi müayinədən keçdikdən sonra rəsmi olaraq “Beşiktaş”a qoşulacaq.
Rıdvanın doğma klubuna dönüşü "ağ-qaralar"ın azarkeşləri üçün böyük sevinc yaradıb.
Qeyd edək ki, futbolçu ötən mövsümü Şotlandiyanın "Reyncers" klubunda keçirib.
Sport1.az