"Milan" heyətini yeni oyunçu ilə gücləndirəcək.
Sport1.az xəbər verir ki, "qırmızı-qaralar" "Torino"da çıxış edən Samuele Riççinin keçidi ilə bağlı razılıq əldə edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Milan" italiyalı dayaq yarımmüdafiəçisi üçün onun klubuna 23+2 milyon avro təzminat ödəyəcək. 23 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra onunla 5 illik müqavilə imzalanacaq.
Sport1.az