“Qalatasaray”ın futbolçusu Derrik Kön karyerasını Almaniyada davam etdirəcək.
Sport1.az xəbər verir ki, müdafiəçi Bundesliqa təmsilçisi “Yunion”la anlaşıb. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Berlin klubu “Qalatasaray”la 5 milyon avro və növbəti satışdan 20 faizlik bonus qarşılığında razılaşıb.
26 yaşlı futbolçu 2024-cü ilin yayında “Hannover”dən “Qalatasaray”a keçib. O, ötən mövsüm icarə əsasında “Verder”in formasını geyinib.
Sport1.az