“Yuventus”un əfsanəvi futbolçusu Alessandro Del Pyero hesab edir ki, “Milan” bu mövsüm A Seriyasında çempion ola bilər.Sport1.az xəbər verir ki, italiyalı veteran futbolçu bu barədə müsahibəsində deyib:
"Bəli, bir sıra səbəblərə görə bu mümkündür. Çünki onlar yalnız çempionatda çıxış edirlər və bu da onlara həftə ərzində yaxşı hazırlaşmaq, fiziki cəhətdən tam formada futbolçulara sahib olmaq imkanı yaradır.
Komandada təkcə Adrien Rabo deyil, həm də Luka Modriç, Rafael Leau və Aleksis Saelemaekers kimi keyfiyyətli oyunçular var. “Milan” yaxşı qurulmuş komandadır”, – deyə Del Pyero bildirib.
Qeyd edək ki, “Milan” 5 turdan sonra 12 xalla A Seriyasına başçılıq edir. Sabah “rossoneri” 1 xal geridə olan və 4-cü pillədə qərarlaşan “Yuventus”un qonağı olacaq.
Sport1.az