"Lester Siti"dən ayrılan Ceymi Vardi karyerasını ilk dəfə ölkə xaricində davam etdirəcək.Sport1.az xəbər verir ki, 38 yaşlı hücumçu "Kremoneze" ilə anlaşıb.
Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, forvardla 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İngiltərə millisinin üzvü "Lester"in heyətində meydana çıxdığı 500 matçda 200 qol, 71 assistlə yadda qalıb.
Sport1.az