"İnter"dən ayrılan Marko Arnautoviçin yeni klubu bəlli olub.
Sport1.az xəbər verir ki, avstriyalı hücumçu karyerasını Serbiyada davam etdirəcək.
O, "Srvena Zvezda"ya ilə anlaşıb. 36 yaşlı forvardla 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Marko Arnautoviç 2023-cü ilin avqust ayından "İnter"də çıxış edirdi. O, ötən mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.
Sport1.az