“Roma” “Mançester Yunayted”in ingilis futbolçusu Ceydon Sançonu transfer etmək üçün səylərini davam etdirir.
https://sport1.az/ xəbər verir ki, paytaxt təmsilçisi transfer qarşılığında “qırmızı şeytanlar”a 19 milyon avro +5 milyon avro bonus təklif edib. Futbolçunun özünə isə 5 illik müqavilə və ildə 5 milyon avro maaş təklif olunub. Nəşrin məlumatına görə, futbolçu hələ ki, son qərarını verməyib.
Qeyd edək ki, Sanço 2024/2025 mövsümündə “Çelsi”də icarədə olub. O, Premyer Liqada 31 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.
Sport1.az