İngiltərənin "Mançester Yunayted" klubu antirekorda imza atıb.Sport1.az "Squawka" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" tarixində ilk dəfə çempionatda mövsümü ardıcıl iki oyunda qələbə qazanmadan başa vuracaq.
Mançester təmsilçisi son olaraq XXXVII turda səfərdə "Çelsi"yə minimal hesabla uduzub - 0:1.
Bundan əlavə, onlar yarış tarixində ardıcıl səkkiz matçda qalib gəlməyən (6 məğlubiyyət, 2 heç-heçə) ilk komanda olub.
Qeyd edək ki, "Mançester Yunayted" 37 oyundan sonra 39 xalla 16-cı pillədə qərarlaşıb.
Sport1.az