"Jirona" heyətini Premyer Liqada çıxış edən gənc müdafiəçi ilə gücləndirib.
Sport1.az xəbər verir ki, La Liqa təmsilçisi “Mançester Siti”nin futbolçusu Vitor Reisi icarə əsasında transfer edib.
19 yaşlı braziliyalı oyunçu ötən mövsüm əsasən gənclər komandasında çıxış etsə də, potensialı ilə diqqət çəkib.
"Jirona" rəhbərliyi onun La Liqada təcrübə qazanmasının həm futbolçu, həm də klub üçün faydalı olacağına inanır.
Bu transfer, "Siti" ilə “Jirona” arasında mövcud olan əməkdaşlığın daha bir nümunəsi kimi dəyərləndirilir.
Sport1.az