2024/2025 mövsümündə "Barselona" İspaniya futbolunda oynanılan hər üç rəsmi kubokun qalibi oldu.Sport1.az xəbər verir ki, La Liqanın 36-cı turu çərçivəsində dünən səfərdə “Espanyol”a 2:0 hesabı ilə qalib gələn “Barsa” sona iki tur qalmış İspaniya çempionu adını qazanıb.
Aprelin 26-da Kataloniya klubu “Real Madrid”i məğlub edərək, İspaniya Kubokunun qalibi olub.
Bundan əvvəl, 2025-ci il yanvarın 12-də isə “Barselona” “Real”la həlledici oyunda qalib gələrək, ölkə Superkubokunu qazanmışdı.
Bu, “Barselona”nın tarixdə ikinci belə haldır. Komanda 2008/2009 mövsümündə də üç yerli kuboku qazana bilib.
Sport1.az