“Liverpul” İngiltərə Premyer Liqasının IV turunda “Bernli”ni məğlub edib – 1:0.Sport1.az xəbər verir ki, görüşdə yeganə qolu penaltidən Məhəmməd Salah vurub.
Bu, misirli hücumçunun İngiltərə çempionatında “Liverpul”la 35-ci penalti qolu olub. Salah bu göstəricidə rekorda sahib çıxıb.
Daha əvvəl “Liverpul”da ən çox penaltidən qol vuran Billi Liddell idi – 34 qol.
Sport1.az