"Qalatasaray" transfer çalışmalarına davam edir.
Sport1.az xəbər verir ki, isveçrəli müdafiəçi Manuel Akanji “Qalatasaray”la bağlı yayılan xəbərlərə reaksiya verib.
Sosial mediada Fabritsio Romanonun paylaşımının altına şərh yazan futbolçu bildirib:
“Bunun haqqında heç nə bilmirəm.”
Bu şərhin ardından Fabritsio öz paylaşımını silmək məcburiyyətində qalıb.
Mətbuatda yayılan məlumatlara görə, “Qalatasaray”ın 30 yaşlı müdafiəçi üçün “Mançester Siti” ilə 15 milyon avro müqabilində razılığa gəldiyi iddia olunurdu.
Sport1.az