"Nyukasl" Yoan Vissanın transferi ilə bağlı "Brentford"a növbəti təklifini göndərib.
Sport1.az xəbər verir ki, "sağsağanlar" 28 yaşlı futbolçu üçün 35 milyon funt ödəməyə hazırdırlar.
Bundan başqa, "Nyukasl" gələcəkdə 5 milyon funt bonus ödəyəcək. Vissa komandasından bu təklifi qəbul etməyi xahiş edib. Qarşıdakı günlərdə tərəflər arasında yekun qərarın verilməsi gözlənilir.
Qeyd edək ki, Konqo DR yığmasının hücumçusu ötən mövsümdə 39 matçda 20 qol vurub, 5 ötürmə verib. Onun "Brentford"la müqaviləsi gələn ilin yayında bitəcək.
Sport1.az