"Bayer"in yarımmüdafiəçisi Qranit Caka yenidən İngiltə Premyer Liqasında çıxış edəcək.
Sport1.az xəbər verir ki, "Sanderlend" isveçrəli futbolçunu heyətinə cəlb edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Yeni mövsümdən Premyer Liqada çıxış edəcək klub 32 yaşlı dayaq yarımmüdafiəçisi ilə 3 illik müqavilə imzalayacaq..
Qeyd edək ki, "Bayer" Qranit Cakanı 2023-cü ilin yayında "Arsenal"dan transfer edib. İsveçrə millisinin üzvü ötən mövsüm Leverkuzen təmsilçisinin heyətində 49 rəsmi matçda 2 qol vurub və 7 məhsuldar ötürmə edib.
Sport1.az