İngiltərə Premyer Liqasının təmsilçisi “Mançester Yunayted” klubu “Aston Villa”nın 33 yaşlı qapıçısı Emiliano Martinesi transfer etməyə yaxındır.Sport1.az xəbər verir ki, bu barədə jurnalist və insayder Ben Ceykobs məlumat yayıb.
Mənbənin məlumatına görə, klub onun üçün 47 milyon avro ödəyə bilər. Martines özü də “qırmızı şeytanlar”a keçməkdə maraqlı olduğunu bildirib. Hazırda danışıqlar ilkin mərhələdədir.
Birmingem təmsilçisi argentinalının istəyinin yerinə yetirilə biləcəyini istisna etmir. Bununla belə, “Mançester Yunayted”in hələ də Andre Onananın əvəzləyicisi ilə bağlı qəti qərar vermədiyi vurğulanır.
Sport1.az