“France Football” nəşri tərəfindən ilin qapıçısı seçilən Canluici Donnaruma açıqlama verib.
Sport1.az xəbər verir ki, ötən mövsüm PSJ ilə Çempionlar Liqasını qazanan qolkiper yayda “Mançester Siti”yə keçməsini şərh edib:
“Pozitiv anlar keçirdikdən sonra ayrılıq asan olmur. Lakin həqiqətən, “Mançester Siti” kimi möhtəşəm bir kluba çağırılmaq çox önəmlidir. Dəyişikliklər çətin oldu. Düzdür, PSJ-də qalmaq istəyirdim. Yaxşı kollektiv, yaxşı azarkeşlər var idi. Lakin olmadı və “Mançester Siti”yə keçməyə qərar verdim”.
Sport1.az