İspaniya millisinin sabiq üzvü, dünya çempionu Xuan Mata klubunu dəyşib.
Sport1.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi “Uestern Sidney Uonderers”dən Avstraliya çempionatında mübarizə aparan digər komanda - “Melbörn Viktori”yə keçib. Bu haqda klubun mətbuat xidmət məlumat yayıb.
Qeyd edək ki, X.Mata "Real"in akademiyasının yetirməsidir. O, karyerası ərzində “Mançester Yunayted”, “Valensiya”, “Çelsi”, “Qalatasaray” və “Vissel Kobe” klublarında çıxış edib. Futbolçu 2010-cu ildə İspaniya millisi ilə dünya çempionu olub.
Sport1.az