Leo Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyununu keçirib.Sport1.az xəbər verir ki, komanda “Kolumbus”u qəbul edib.
Qarşılaşmada hesabı 13-cü dəqiqədə Tadeo Allende açıb. 15, 24-cü dəqiqələrdə fərqlənən Messi fərqi 3 topa yüksəldib. 58-ci dəqiqədə qonaqların heyətində Ruvalkaba qollardan birinin əvəzini çəxsa da daha artığını bacarmayıblar. Əvəzində meydan sahiblərindən Luis Suarez 64-cü dəqiqədə rəqiblərini növbəti dəfə məyus edib. 89-cu dəqiqədə isə Fafa Pikault darmadağına nöqtə qoyub.
Beləliklə görüş “İnter Mayami”nin 5:1 hesablı qalibiyyəti ilə başa çatıb.
Sport1.az