Argentina millisinin kapitanı Lionel Messi “İnter Mayami”nin heyətində növbəti dəfə fərqlənib.Sport1.az xəbər verir ki,, 37 yaşlı hücumçu MLS-in növbəti turunda “Toronto” ilə oyunda adını tabloya yazdırıb.
Ulduz futbolçu qarşılaşmanın 45+5-ci dəqiqədə bərabərlik qolunu vurub. Görüş 1:1 hesabı ilə başa çatıb. Bu, Messinin cari mövsüm 8-ci oyunda 6-cı qolu olub.
Qeyd edək ki, “İnter Mayami” Şərq Konfransında 6 matçdan sonra 14 xalla ikinci pillədə qərarlaşıb.
Sport1.az