Misli Premyer Liqasında 7-ci tur davam edir. Sport1.az xəbər verir ki, ikinci oyun günündə daha 2 matç keçirilib.
Əvvəlcə son çempion “Qarabağ” “Kəpəz”i qəbul edib. Görüş Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Kəpəz”i bugünkü matça baş məşqçi kimi yenidən komandaya qayıdan Azər Bağırov çıxarıb.
Digər qarşılaşmada isə “Sumqayıt” doğma divarlar arasında “Turan Tovuz”u sınağa çəkib. Oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
4 oktyabr
19:30. “Sumqayıt” - “Turan Tovuz” - 0:3
Qol: Joralem Batista, 34, Aleks de Souza, 58, Ayxan Hüseynov, 90+3
Qaçırılan penalti: Aleksandr Ramalinqom, 72
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Akif Əmirəli
M.H. adına Sumqayıt şəhər stadionu
17:00. “Qarabağ” - “Kəpəz” - 1:0
Qol: Samy Mmae, 37
Hakimlər: Nicat İsmayıllı, Rahil Ramazanov, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: Əli Əliyev
AVAR: Rəşad Əhmədov
“Azersun Arena”
Sport1.az