"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 6-cı turunda "Karvan"la 0:0 hesablı heç-heçə etdikləri oyundan danışıb.
Sport1.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
"Bu vaxta kimi bir epizod vermədən, qol vura bilməyib itirdiyimiz xallar, həqiqətən, üzücüdür. Bu gün daha çox üzücüdür. Son oyunlara baxsaq, bu qədər templi, dinamik oyun görməmişdim. Futbolçulardan çox razıyam. Xal itirsək də, belədir. Üzücüdür, biz daha çox üzülürük. Futbolun maraqlı tərəfi odur ki, bu qədər epizod yaradırsan, ancaq qol vura bilmirsən. Müdafiəyə oturmuş rəqibə qarşı oynadıq. Dərsliklərdə nə tələb olunursa, hər şeyi etdik. Uzaqdan zərbələr, cinahlardan hücumlar... Arxaya oturmuş komandaya qarşı etməli olacağınız hər şeyi etdik. Bəxtsizlik... O qədər üzülürüksə, bunun izahını və cavabını tapa bilmirik. Bundan sonra da belə oynamalıyıq. Qollar gələcək. Son oyundan sonra ümidliydik ki, tilsim qırılır. O qədər epizodlara girdik. Digər oyunlara baxırıq, küncdən zərbədən ötürmə verilir, qol olur. İzahı olmayan mətbuat konfransıdır. Söz tapa bilmirəm".
Sport1.az