Bu gün Misli Premyer Liqasında 2025/26 mövsümü start götürəcək.
Sport1.az xəbər verir ki, bu mövsüm əvvəlki illərdən fərqli olaraq çempionatda daha çox - 12 komanda iştirak edəcək. Uzun fasilədən sonra "Karvan-Yevlax" və "İmişli" elitada yarışacaq.
12 komanda iştirak edəcəyindən yarış 3 dövrədən və 33 turdan ibarət olacaq.
1-ci turun ilk oyun günündə 1 matç keçiriləcək. 1-ci liqadan elitaya yüksələn 2 komanda üz-üzə gələcək. "Qəbələ" səfərdə "Karvan-Yevlax"la qarşılaşacaq. Oyun saat 17:00-da başlayacaq.
Qeyd edək ki, ilk turun "Sabah" - "Qarabağ" matçı təxirə salınıb.
Misli Premyer Liqası
1-ci dövrə, 1-ci tur
15 avqust (cümə)
17:00. “Karvan” – “Qəbələ” - 1:1
Qollar: Domi Massumo, 54; Murad Musayev, 78 - avtoqol (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Bayramov.
Şamaxı şəhər stadionu
Sport1.az