"Hazırda bütün komanda yavaş-yavaş formasını tapır. Hədəf qoyulan komanda olsa da, hazırda ciddi problem yaşanmır və bütün dəyişikliklərə uyğunlaşmaq mümkündür".
Sport1.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.
47 yaşlı mütəxəssisin sözlərinə görə, artıq bir sıra struktur və taktiki dəyişikliklər həyata keçirilir, komanda bu dəyişiklikləri qəbul edərək irəliləyir:
"Təbii ki, hər bir futbolçunun adaptasiya müddəti fərqli ola bilər. Bəziləri prosesi daha tez keçərkən, bəziləri bir qədər daha çox zamana ehtiyac duyur. Bununla belə, riskli vəziyyət yoxdur. Heyətimizə qatdığımız futbolçular yüksək keyfiyyətə malikdir və komandamızın səviyyəsini artıracaq. İnanıram ki, onlar gücümüzə güc qatacaq və qarşıdakı mövsümdə uğurlarımızı artıracaqlar".
Abasov bildirib ki, "Neftçi"nin adının özü elə hədəfdir:
"Biz adımıza görə oynayacağıq. Bu minvalla getsək və bu həvəslə, hər şeyi dərk edərək oynayasaq, istəyimizə çatacağıq".
Sport1.az