Misli Premyer Liqasında XXXII turun növbəti oyunu keçirilib.
Sport1.az xəbər verir ki, turun ikinci oyun günündə daha bir qarşılaşma baş tutub.
"Zirə" səfərdə "Kəpəz"in qonağı olub. Matç "qartallar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 64-cü dəqiqədə Salifu Suma vurub.
Qeyd edək ki, tura 28 apreldə yekun vurulacaq.
Misli Premyer Liqası
XXXII tur
26 aprel
19:00. "Kəpəz" – "Zirə" 0:1
Qol: Salifu Suma, 64Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Namiq Əliyev
Tovuz şəhər stadionu
Qeyd edək ki, ötən gün "Turan Tovuz" evdə "Şamaxı" ilə heç-heçə edib - 1:1.
Sport1.az