“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Sport1.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi braziliyalı futbolçu David Tomaz Dos Santos Oliveiranı heyətinə qatıb. 24 yaşlı mərkəz müdafiəçisi ilə ikiillik (1+1) müqavilə imzalanıb.
Xatırladaq ki, David son olaraq Portuqaliyanın “Covilha” klubunda çıxış edib.
Sport1.az