Mediada Cavid Hüseynovla bağlı maraqlı məlumat yayılıb.
İnformasiyaya görə, I Liqaya vəsiqə qazanan "Şəfa" mütəxəssislə maraqlanır. Paytaxt təmsilçisi yeni mövsümdə də iddialı komanda formalaşdıraraq Premyer Liqaya vəsiqə qazanmaq niyyətindədir. Bu səbəbdən də kollektivi idarə edə biləcək güclü məşqçi axtarışındadırlar.
Görəsən, yayılan informasiya nə qədər doğrudur? Məsələ ilə bağlı Cavid Hüseynovla əlaqə saxladıq. Mütəxəssis Sport1.az-a açıqlamasında bunları söylədi:
"Hazırda hansısa klubdan, o cümlədən "Şəfa"dan mənə təklif gəlməyib. Haqqımda yazılanların heç biri həqiqəti əks etdirmir".
MİRZƏ S.
Sport1.az