2024/25 mövsümünün sonunda Premyer Liqanı tərk edəcək komandanın adı bəlli olub.Sport1.az xəbər verir ki, bitimə 2 tur qalmış "Səbail"in çempionatla vidalaşacağı bəlli olub.
"Dənizçilər" 34-cü turda doğma meydanda "Zirə"yə 0:1 hesabı ilə məğlub olub. "Səbail" 9-cu pillədə qərarlaşan "Kəpəz"dən 7 xal geri qalır. İki turda bu fərqin aradan qaldırılması mümkün deyil.
Bayıl təmsilçisi növbəti mövsümdə I Liqada mübarizə aparacaq
Sport1.az